“Böyük Yeddilik” ölkələri Rusiya neftinə tətbiq edilən qiymət tavanını 60 dollardan 40 dollara endirməyi müzakirə edirlər.
Digər tərəfdən, Rusiya neftini qaçaq yolla satan “kölgə donanması” da sanksiyalarla hədəf alınıb. Məqsəd Rusiyanı əsas gəlir mənbələrindən məhrum etməklə Ukraynaya qarşı işğalçı müharibədə mkanlarını məhdudlaşdırmaqdır. Rusiyanın Qərbin sanksiyalarından yayınmasında Ermənistanın gizli rolu olduğu da deyilir.
Bəs, İrəvan bu əməlinə görə Qərb tərəfindən cəzalandırıla bilərmi indki vəziyyətdə?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra rəsmi İrəvan və Moskvanın ticarət dövriyyəsi kəskin artıb:
“Ermənistan Rusiyanı sanksiyalardan yayındıran ölkələrin başında gedir. Ermənistanla Qərb arasındakı münasibətlər hər keçən gün daha da yaxşılaşır. Ona görə də rəsmi İrəvana qarşı hər hansı cəzalandırılmanın olacağını gözləmirəm.
Xalid Kərimli
Rusiya neftinə tətbiq edilən qiymət tavanını 60 dollardan 40 dollara endirilməsi hələ təsdiqlənməyib. 60-a endirilən zaman Rusiya hasilatı aşağı saldı, Avropaya satmadı. Əvəzində Hindistana və Çinə satış etdi. Son illərin statistikasına baxsaq məlum olur ki, sanksiyalar tətbiq edildikdən sonra Rusiya iqtisadiyyatı Avropada çox böyük həcmə çatıb. 2024-cü ildə də böyük iqtisadi artım gözlənir. Avropanın tətbiq etdiyi sanksiyaların effekti illər keçdikcə aradan qalxır.
Rusiya Şərqə yönəlir, məhsullarını da bu istiqamətdə satır. Şərq də sürətlə inkişaf edir. Sözügedən amil belə Rusiya iqtisadiyyatını çökdürməyəcək”.