Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə Avropa Şurasının iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Putinin Oreşnik raketi ilə etmək istədiyi eksperimentlə bağlı sualı cavablandıran Zelenski, "Putin dəli və çox təhlükəli insandır. O, insan həyatına zərrə qədər dəyər vermir" deyib.
Ukrayna lideri dekabrın 19-da Ukrayna prezidenti Avropa Şurasının Brüsseldə keçirilən iclasında iştirak edib. Görüşdən sonra keçirilən mətbuat konfransında Zelenski Rusiya prezidenti Vladimir Putin haqqında sərt açıqlamalar verib.
O, ABŞ-ın 47-ci prezidenti ilə görüşü ilə bağlı suala belə cavab verib: "Nə deyə bilərəm, prezident Tramp çox güclü insandır, onun bizim tərəfimizdə olmasını istəyirəm. Bu, çox vacibdir. Onunla daha müharibə haqqında daha çox danışmaq istəyirəm, çünki o, bu müharibə haqqında çox da məlumatlı deyil. Ümid edirəm, o, müharibəni bitirməyimizə kömək olacaq".
Zelenski atəşkəsdən də danışaraq, "Mən də sadəcə atəşkəsdən danışmağın əleyhinəyəm. Tutaq ki, atəşkəs oldu və Putin 5-6 aydan sonra imtina etdi, nə olacaq? Bu atəşkəsi yaradanların hamısı uduzacaq. Bizim real plana ehtiyacımız var. Ümid edirəm bu mövzuda ABŞ və Aİ dövlətləri ilə razılaşarıq"-deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az