ABŞ Mərkəzi Komandanlığının verdiyi açıqlamaya görə, İŞİD lideri Əbu Yusuf hava zərbəsi nəticəsində öldürülüb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının X hesabından açıqlama verilib. Hücum Deyr əz-Zorda həyata keçirilib. ABŞ ordusu İŞİD lideri Əbu Yusifin və bir təşkilat üzvünün Suriyaya endirilən hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
ABŞ Mərkəzi Komandanlığının komandiri general Michael Erik Kurilla, İŞİD-ın Suriyada QSD adından istifadə edən PKK/YPG terror təşkilatının nəzarətində olan həbsxanalardan 8 min üzvünü qaçırmağı hədəflədiyini iddia edərək, “Bunun üçün çalışan liderlər və səlahiyyətlilər aqressiv şəkildə hədəfə alınıb”-deyə, bildirdi.
Bu hücumun daha əvvəl Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata keçirildiyi də qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az