Almaniyanın Maqdeburq şəhərində Milad bazarına toplaşan kütlənin üzərinə maşın sürülüb.
Turkustan.az xəbər verir ki, hökumət rəsmiləri hadisənin hücum olduğunu təsdiqləyib. Hücumda biri uşaq olmaqla 11 nəfər ölüb, 70-dən çox adam yaralanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs tutularaq saxlanılıb. Alman mətbuatı şübhəlinin 50 yaşında və Səudiyyə Ərəbistanı əsilli olduğunu, adının isə Talib əl-Abdulmuhsin olduğunu bildirib. Bildirilir ki, həmin şəxs həkimdir və ixtisası psixiatriyadır.
Hücum edən şəxsin hücumdan bir müddət əvvəl maşını icarəyə götürdüyü bildirilir. Hüçumçunun icarəyə götürdüyü avtomobilin Münhen nömrə nişanlı olduğu və onun kütlənin arasından təxminən 400 metr sürdüyü bildirilib.
Aytən Yaşar/ Turkustan.az