Əsma Bəşərdən boşansa, özünü və var-dövlətini xilas edə bilər? – Hüquqşünas açıqladı


Xəbər verdiyimiz kimi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd Moskvadakı həyat şəraitindən narazı qaldığı üçün boşanıb, Londona getmək istəyir. Bu məqsədlə Rusiya məhkəməsinə müraciət edən Əsma Əsəd Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.

Bu, bir oyundurmu? Mal-mülkin bir hissəsini xilas etmək üçün gedişdirmi? Hətta doğru olsa belə, boşansalar, Əsma Əsəd məsuliyyətdən, eləcə də mal-mülkünə yaranmış təhlükədən sığortalana biləcəkmi?

ramil suleymanov 1

Ramil Süleymanov

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, malın və əmlakın bölgüsü məsələsi ölkələrin daxili qanunvericiliyinə əsasən tənzimlənir:

“Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd birgənigah dövründə əldə etdiyi əmlakdan daha çox siyasi yolla əldə etdikləri əmlakları gündəmə gətirirlər. Hər ikisi siyasi faktordur. Onların barəsində Beynəlxalq Cinayətlər Məhkəməsində cinayət işi açıla bilər. Eləcə də ər-arvad Əsədlə bağlı Suriyanın gələcək legitim hakimiyyəti də müəyyən hüquqi addımlar ata bilər. Onlara məxsus əmlaklar müsadirə oluna, özləri ilə hüquqi prosedur başlanıla bilər. Nəticə etibarilə Bəşər Əsəd və Əsma Əsəd arasında olan məhkəmə yalnız mal-mülk, boşanma istiqamətində deyil. Əsma Əsədin ikili vətəndaşlığı varsa, doğulduğu Böyük Britaniya krallığına geri qayıdıb həyatını orada davam etdirmək istəyərsə, buna münasibətdə İngiltərə hökumətinin hansı şəkildə davranışı maraqlı olacaq.

İngiltərə hökuməti tərəfindən keçmişdə korrupsion davranışlar nəticəsində əldə olunmuş davranışların leqallaşdırılması ilə bağlı aşkara çıxarılmış bir sıra faktlar var. Əsəd və ailəsi bu faktlardan yan keçməmişdir. Nəticə etibarilə onlar arasında nikahın pozulması və əmlak bölgüsü sıradan, dövlətin daxili qaydalarına uyğun tənzimlənən hüquqi prosedur olmayacaq.

Hesab edirəm ki, Bəşər Əsədin davranışı, qeyri-leqal şəkildə əldə etdiyi əmlaklar birinci növbədə beynəlxalq ictimaiyyət tərəfindən leqal qəbul edilməlidir. Bundan sonra onların arasında rəsmi və leqal əmlak bölüşdürülə bilər”.


MANŞET XƏBƏRLƏRİ