Gürcüstan XİN: Böyük Britaniyanın sanksiyaları dostluğumuza xələl gətirir


Gürcüstan Xarici İşlər Nazirliyi Britaniya ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Gürcüstan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili Böyük Britaniyanın Gürcüstandakı fövqəladə səfiri Qaret Uord ilə görüşündə çıxış edib.

O, Böyük Britaniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahat olduğunu bildirib. “Bu cür hərəkətlər iki ölkə arasında mövcud dostluğa xələl gətirir”-deyə, bildirib.

Boçorişvili həmçinin London və Tbilisi arasında müsbət əməkdaşlığın bərpasına ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ