Türkiyə Liviyadan sonra Suriya ilə də Aralıq dənizi üzrə Xüsusi İqtisadi Zona (XİZ) ilə bağlı saziş imzalayacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin İstanbul Topqapı Universitetinin professoru, analitik Cihat Yaycı məlumat verib.
Onun sözlərinə görə, Suriyanın yeni hökuməti dəniz sərhədlərinə diqqətini artırmalıdır:
“Aralıqda Türkiyə ilə Suriya arasında dəniz sərhədləri var. Liviya ilə olduğu kimi, Türkiyə və Suriya arasında da XİZ-lə bağlı imzalanacaq müqavilə hər iki ölkənin xeyrinə olacaq”.
Yaycı bu müqavilənin Aralıq dənizində Türkiyəyə təxminən 4 min kvadrat kilometr ərazi qazandıracağını söyləyib.
Professor vurğulayıb ki, razılaşma Yunanıstan və Cənubi Kiprin bölgə ilə bağlı planlarını alt üst-edəcək, dənizin qərbində olduğu kimi, şərqində də bir “Türk qalxanı” yaradacaq.
Türkiyə ilə Suriyanın yeni hökuməti arasındakı mümkün müqavilə Yunanıstan mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Yaycının çağırışını şərh edən “Ta Nea” qəzeti bunu “Ankaranın yeni tələsi” başlığı ilə oxucularına təqdim edib.
Nəşr iki ölkə arasındakı razılaşmanın Afinada “təhdid” kimi qəbul edildiyini yazıb./teleqraf.com