ABŞ nümayəndə heyəti müxalifətlə görüşmək üçün Dəməşqə gedir


ABŞ nümayəndə heyəti Suriyada paytaxt Dəməşq də daxil olmaqla böyük bir bölgəyə nəzarəti ələ keçirən və Əsəd administrasiyasının devrilməsindən sonra keçid hökuməti quran Heyət Təhrir Əl-Şam qruplaşması ilə görüşmək üçün Dəməşqə gedir.

Turkustan.az xəbər verir ki, üç yüksək səviyyəli amerikalı diplomat bu gün Dəməşqə səfər edəcək, Təhrir əş-Şamla görüşəcək və keçid prosesinin prinsiplərini müzakirə edəcək.

Nümayəndə heyətinə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Barbara Leaf da daxildir.

Onlar Suriya vətəndaş cəmiyyəti, fəallar və müxtəlif icmaların üzvləri ilə də görüşəcək.

Amerika hakimiyyəti itkin düşmüş ABŞ vətəndaşları Ostin Tice, Majd Kamalmaz və başqaları haqqında məlumat əldə etmək üçün araşdırmalar aparacaq.

Bildirək ki, Rusiya prezidenti Putin ölkəsinə sığınan Əsəddən Ostin Ticenin taleyini soruşacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ