Agentliyin məlumatına görə, yardımın məbləği 1,2 milyard dollar təşkil edəcək.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollar dəyərində son yardım paketini açıqlayacaq. "Reuters" mənbələrə istinadən xəbər verir.
Onun sözlərinə görə, paketə artilleriya sursatları və zenit raketləri daxil olacaq.
"Yardım Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü vasitəsilə veriləcək. Təşəbbüs çərçivəsində hərbi texnika mövcud ehtiyatlardan deyil, müdafiə şirkətlərinə verilən sifarişlərdən əldə edilir. Bu o deməkdir ki, avadanlığın döyüş meydanına çatması aylar və ya illər çəkə bilər-deyə, agentlik qeyd edib.
“Reuters” agentliyinin məlumatına görə, Donald Trampın hakimiyyətə gəlişi ilə bu paket ABŞ-ın Ukraynaya birbaşa hərbi yardım göstərməyə yönəlmiş son addımlarından biri ola bilər.
Aytən Yaşar/ Turkustan.az