Rusiya prezidenti Vladimir Putin Yunanıstanda ən populyar xarici siyasətçiyə çevrilib.
Turkustan.az xəbər verir ki, bunu "MRB Hellas"-ın sorğusunun nəticələri sübut edir .
Rusiya lideri sorğuda iştirak edən yunanların 31,8 faizi tərəfindən ən yaxşı xarici siyasətçi seçilib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 29,8 faiz səslə ikinci, Fransa prezidenti Emmanuel Makron isə 27,7 faiz səslə üçüncü olub .
Siyahıda onların arxasında Çin prezidenti Si Cinpin , Ukrayna lideri Vladimir Zelenski , Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ - ın hazırkı prezidenti Co Bayden var.
Aytən Yaşar/ Turkustan.az