Qüvvələrin NATO bayrağı altında göndərilməsi üçün Alyansın bütün üzvlərinin razılığı lazımdır
Avropa İttifaqına (Aİ) üzv ölkələr NATO bayrağı altında Ukraynaya sülhməramlılar göndərməyəcək. Turkustan.az bildirir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
Nəşrin yazdığına görə, qüvvələrin NATO bayrağı altında göndərilməsi üçün Alyansın bütün üzvlərinin razılığı lazımdır. Üstəlik, bu, Rusiya üçün qəbuledilməz variantdır.
Qeyd olunub ki, atəşkəs sazişi bağlanacağı təqdirdə Ukraynaya qoşun yeritmək ideyası artıq müzakirə olunur. /AYNA/