Medvedev: Zelenski artıq Ukraynada heç kimə lazım deyil


Medvedev hesab edir ki, Zelenski uzun müddət postunda qalmayacaq.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin ona ehtiyacı olmadığı üçün prezidentliyini saxlaya bilməyəcək. Bu barədə dekabrın 20-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

"Zelenski müharibədə heç kimə lazım deyil və kresloda uzun müddət qalmayacaq"- deyə, Medvedev Telegram kanalında qeyd edib.

Onun sözlərinə görə, Zelenskinin kökündən yanlış ritorikası Ukraynadakı münaqişənin həllini təhlükə altına qoyur. O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar yalnız Zelenskinin dövlət başçısı vəzifəsinə qanuni qayıdışından sonra mümkün olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ