Ukraynanın müttəfiqləri əmindirlər ki, hazırkı Vaşinqton administrasiyasının Kiyevə silahlı qarşıdurmada heç vaxt kömək etmək planı olmayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının ən yüksək hökumət postunda fəaliyyətinin son həftələrində ona hansı yardımı göstərəcəyindən asılı olmayaraq, Ukrayna münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə məcbur olacaq. Bu barədə "Bloomberg" rəsmilərə istinadən məlumat yayıb.
Onların fikrincə, Kiyevi təhlükəsizlik zəmanəti müqabilində ərazi iddialarından və NATO-ya üzvlükdən imtinanı nəzərdə tutan “acı nizamlanma” gözləyir. Rəsmilər əlavə edib ki, münaqişənin sona çatması şərtləri Baydenin son iki il ərzində qəbul etdiyi və ya qəbul edə bilmədiyi qərarların nəticəsi olacaq. Eyni zamanda, agentliyin digər həmsöhbətlərinin fikrincə, situasiyanın paradoksu ondan ibarətdir ki, ABŞ-ın hazırkı və ya gələcək administrasiyası dövründə nizamlanma razılaşmasının əldə olunmasından asılı olmayaraq, onun Ukrayna hakimiyyəti üçün nəticəsi eyni olacaq.
Üstəlik, avropalı rəsmiləri düşünür ki, Ukraynanın müttəfiqləri əmindirlər ki, indiki Vaşinqton administrasiyasının Moskva ilə silahlı qarşıdurmasında Kiyevə həqiqətən heç vaxt kömək etmək planı olmayıb. Onlar qeyd ediblər ki, Vaşinqtonun hərbi yardımı artırmaq və anti-Rusiya sanksiyalarını gücləndirmək üçün indiki səyləri kifayət deyil.
Bildirək ki, Amerika hakimiyyətinin nümayəndələri əvvəllər dəfələrlə vurğulamışdılar ki, Bayden administrasiyası səlahiyyət müddətinin sonuna qədər Ukraynaya hərbi yardım göstərməkdə davam etmək niyyətindədir.
Aytən Yaşar/ Turkustan.az