Qruşko: NATO Rusiya ilə müharibəyə hazırlaşır


Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Moskva hərbi planlaşdırmalarında bu riskləri nəzərə alır.

Turkustan.az xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko müsahibə verib.

"Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə hazırlaşır, Moskva hərbi planlaşdırmada bu riskləri nəzərə alır və Qərbə bununla eksperiment aparmağı məsləhət görmür. Vəziyyətin bu cür eksperimentə səbəb olmasına imkan verməmək hər kəsin maraqlarına uyğundur.

Xülasə, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bizim hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və onun müttəfiqləri tərəfindən rədd edildi və bununla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı birbaşa risklər hərbi inkişafımızda nəzərə alınır".

Diplomat əlavə edib ki, istənilən ssenaridə Rusiyanın təhlükəsizliyi təmin olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ