ABŞ dövlət katibi Antoni Blinken ötən gün Nyu-Yorkda Xarici Əlaqələr Şurası analitik mərkəzində verdiyi açıqlamada Suriyadakı yeni administrasiyanı hədələyib.
Turkustan.az xəbər verir ki, Təhrir əş-Şamı (HTŞ) inklüziv hökumət qurmaq vədini yerinə yetirməyə çağıran amerikalı nazir, əks halda HTŞ-nin də Taliban kimi beynəlxalq izolyasiyaya məruz qala biləcəyini bildirib:
“ Taliban hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirəndə daha mötədil bir sima nümayiş etdirdi və ya ən azından göstərməyə çalışdı, amma sonra onun əsl siması ortaya çıxdı. Nəticə belə oldu ki, onlar beynəlxalq miqyasda təcrid olunmuş vəziyyətdə qaldılar".
HTŞ-nin Əsədin devrilməsindən başqa qruplarla siyasi həllə nail olmaq zərurətindən dərs ala biləcəyini ifadə edən Blinken, Əsədin devrilməsinin səbəblərindən birinin də bunu qəbul etməməsi olduğunu vurğuladı .