Putindən yeni il mesajı: Trampla Ukrayna ilə bağlı görüşməyə hazıram


İllik mətbuat konfransında çıxış edən Rusiya lideri Vladimir Putin ABŞ-ın seçilmiş prezidenti Tramp və Ukrayna ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsini dayandırmaq üçün ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazır olduğunu açıqlayıb.

Moskvada keçirdiyi illik mətbuat konfransında və “Xalqla birbaşa xətt” proqramında mühüm problemlərə toxunan Rusiya lideri Putin bildirib ki, Ukrayna danışıqlar masasının qurulması üçün “hə” deməlidir və əlavə edib: “Həmçinin Birləşmiş Ştatların yeni prezidenti Donald Trampla dərhal görüşməyə və heç bir ilkin şərt olmadan problemləri müzakirə etməyə hazıram. Onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Sonuncu dəfə dörd il əvvəl əlaqə saxlamışdıq. Siyasət, məlum olduğu kimi, danışıqlar yolu ilə güzəştə getmək sənətidir.

Biz Ukrayna münaqişəsi zamanı heç vaxt masadan çəkinməmişik. Hər fürsətdə İstanbul danışıqlarına qayıtmağı təklif etdik. Lakin Kiyev administrasiyası Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consona görə masanı tərk etdi”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ