Pentaqon: Suriyada 2 min əsgərimiz var, geri çəkilməyəcəyik


Pentaqonun sözçüsü dekabrın 19-da Suriya ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Pentaqonun sözçüsü Ryder Holds gündəlik mətbuat konfransında "Suriyadakı əsgərlərin sayı 900 deyil, 2 mindir və Suriyadan çəkilmək planımız yoxdur" deyib.

Gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pentaqonun sözçüsü Rayder Holds bildirib:

"İndiyə qədər sizə verdiyimiz açıqlamalarda Suriyada 900 ABŞ əsgərinin olduğunu deyirdik, lakin Suriyada vəziyyət çətinləşdikcə onların sayının əslində 2 min civarında olduğunu öyrəndik. Zamanla rəqəm dəyişir".

Pentaqon sözçüsü əsgərlərin xüsusi təyinatlılar da daxil olmaqla müxtəlif bölmələrdən olduğunu və əsgərlərin İŞİD-ə qarşı döyüşmək üçün Suriyada olduğunu bildirib.

"İŞİD-ə qarşı mübarizə hələ bitməyib, ona görə də Suriyadakı əsgərlərin çıxarılması planı yoxdur".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ