Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Rusiya ordusunun Donsetsk vilayətinin Velikonovoselkovski bölgəsində yerləşən Konstantinopol kəndinə daxil olduğu bildirilir.
Bundan əlavə, rus hərbçilərinin Kruqlenki, Zari, Zelenovka və Novoolenevka istiqamətində irəlilədikləri qeyd olunur. /globalinfo.az/