“Zelenski atəşkəslə razılaşmasa, ukraynalılara cavab verəcək”.
Turkustan.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O bildirib ki, Macarıstanın Milad bayramı ilə bağlı atəşkəs təklifi baxılmaq üçün Rusiya və Ukraynaya təqdim olunub.
Zelenski Macarıstana qarşı beynəlxalq səhnədə iyrənc kampaniyaya başlayıb və daim Budapeşti təxribata çəkməyə çalışır. Düşünürəm ki, biz bu təxribatlara boyun əyməməliyik və boş oturmamalıyıq. İstənilən halda, təxribatlar cəzasız qalmamalıdır. Bundan sonra prezident Zelenski atəşkəs təklifi ilə bağlı verdiyi qərara görə məsuliyyət daşıyır”, – deyə Siyarto vurğulayıb. /globalinfo.az/