Suriyanın paytaxtı Dəməşqin Hüseyniyyə rayonunda qəbiristanlığın yanındakı evdə yaşayan Ahmet Accan tapılan kütləvi qəbiristanlıqla bağlı şahidi olduğu hadisələri danışıb.
Turkustan.az xəbər verir ki, Bəşər Əsəd Rejimin devrilməsindən sonra ölkə daxilində davam edən axtarış və yoxlama işləri çərçivəsində dekabrın 15-də paytaxtın cənub-şərqində, Dəməşq hava limanının düz arxasında, Hüseyniyyə bölgəsində kütləvi qəbiristanlıq tapılıb.
Qəbiristanlığın qarşısındakı evdə yaşayan 26 yaşlı Accan atası ilə devrilmiş rejim qüvvələrinin bura çoxlu cəsəd gətirərək kütləvi şəkildə basdırdıqlarının şahidi olduğunu bildirib.
O, bildirib ki, 2011-ci ildə Suriyada dinc nümayişlər başlayanda atası ilə birlikdə hər gün bu maşınlardan iki nəfər çıxıb cəsədləri qalaq-qalaq bir-birinin üzərinə atırdı. Sonra isə böyük çuxurlar qazıb, onları kütləvi şəkildə basdırırdılar.
Devrilmiş rejimin daxilində müharibə zamanı ailəsini bu bölgədən zorla çıxardığını və 3 il kəndlərinə dönə bilmədiyini izah edən Accan, “Geri dönəndə gördük ki, gündə bir maşın əvəzinə 4-5 maşın cəsəd gətiririlir. Gecə inşaat maşınları qəbir qazırdı".
Accan 2016-cı ildə Şamda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən anasının və 2017-ci ildə Sednaya həbsxanasında olduğu məlum olan qardaşının da burada dəfn edildiyini düşünür və ona görə hər gün bura gəlib fatiha oxuyur.
Aytən Yaşar/ Turkustan.az