Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Putin bildirib ki, Türkiyə öz təhlükəsizliyindən narahatdır və o Suriya ilə sərhədinin təhlükəsizliyini təmin etmək üçün lazım olanı edir".
Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduqlarını bildirən Putin, "Sonuncu dəfə nə vaxt danışdığımızı xatırlamıram, amma indi bölgədəki vəziyyəti və Yaxın Şərqi müzakirə etdik. Prezident Ərdoğan və Türkiyənin məsələyə münasibəti məlumdur".
Putin davam etdi: "Bizim mövqeyimiz müvəqqəti siyasi konyukturalardan təsirlənməyən mövqedir. Biz həmişə belə düşünmüşük və indi hesab edirik ki, Fələstin probleminin həlli ancaq problemin yaranmasına səbəb olan məsələlərin aradan qaldırılması ilə mümkündür. Bir zamanlar İsrail və Fələstin adlı iki dövlətin qurulması ilə bağlı Təhlükəsizlik Şurası tərəfindən qərar verildi. İsrail quruldu, lakin Fələstin hələ də qurulmayıb. Üstəlik, İsrail tərəfindən qeyri-qanuni məskunlaşma fəaliyyətləri də davam edir."
Aytən Yaşar/ Turkustan.az