Çeçenistanın rəhbəri Ramzan Kadırov yeni doğulan uşaqlarına milli qəhrəmanların adını qoyan valideynlərə 500 min rubl veriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kadırov bu barədə özünün Telegram kanalında yazıb .
Belə ki, söhbət ilin sonunadək doğulan uşaqlardan gedir.
“Bu gündən etibarən yeni doğulan körpələrinə çeçen qəhrəmanlarının adını qoyan valideynlərin hər birinə 500 min rubl veriləcək”, - Kadırov qeyd edib.
Bundan əlavə, Çeçenistan rəhbəri bölgə sakinlərini regional muzeylər üçün tarixi əşyaların toplanmasına kömək etməyə çağırıb:
“Bu, nəinki tariximizi qoruyub saxlayacaq, həm də onu gələcək nəsillər üçün əlçatan edəcək”. /sfera.az/