Gələcəkdə söz sahibi olmaq istəyən mühüm ölkələrin olacağını və bunun üçün hazırlıq görülməli olduğunu bildirən Almaniya kansleri Olaf Şolz, "Dünya bəzi insanların düşündüyü kimi ikiqütblü olmayacaq" dedi.
Turkustan.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verib.
Zirvədə Avropanın dünyadakı rolunu da müzakirə edəcəklərini bildirən Şolz, bunun bir çox yeni gücün meydana çıxması ilə dəyişən dünyada Aİ-nin rolu ilə bağlı olacağını bildirib.
Başda Asiya, Afrika və Cənubi Amerikada dünya məsələlərində söz sahibi olmaq istəyən və iqtisadi cəhətdən güclənəcək mühüm ölkələrin olacağını ifadə edən Şolz bildirib ki, biz buna indidən hazır olmalıyıq.
Bürokratiyanın azaldılmasını Avropanın iqtisadi qüdrəti üçün əhəmiyyətli bir məsələ olaraq gördüyünü bildirən Şolz, gömrük məsələlərində Çinlə tez bir zamanda razılaşmanın lazım olduğunu da bildirib.
Aytən Yaşar/ Turkustan.az