Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Suriyanın devrilmiş lideri Əsədin Moskvaya sığınması və Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Putin, "Əsəd Moskvaya gələndən bəri onunla görüşməmişəm, amma görüşməyi planlaşdırıram. Mən Əsədin Suriyada itkin düşmüş ABŞ jurnalisti Austin Ticeni tanıdığını düşünmürəm, amma görüşəndə Əsədin taleyini soruşacağam" deyib.
Suriyadakı mövcud vəziyyətlə bağlı Putin, "Suriyadakı bütün qruplarla əlaqə saxlayırıq. Suriyada terror zonasının yaranmasının qarşısını almaq üçün qabaqcıl bir müdaxilə etdik və bütün məqsədlərimizə çatdıq"-deyə, bildirib.
Putin hər il keçirdiyi ənənəvi illik mətbuat konfransında açıqlamalar verib.
Ukrayna ilə bağlı Putin deyib: "Ukraynada meydanda vəziyyət kəskin şəkildə dəyişir, biz bütün cəbhə xəttində irəliləyirik. Əsgərlərimiz hər gün kilometrlərlə ərazini geri alır. Biz Ukraynada prioritet hədəflərimizə çatmaq üzrəyik, biz onları mütləq məğlub edəcəyik”.
Qərb ölkələrinə “hərbi texnologiya dueli” təklif edən dövlət başçısı bildirib ki, Rusiya Oreşniklə hədəfi vuracaq.
Aytən Yaşar/ Turkustan.az