Blinken: Biz nüvə gücləri arasında münaqişə istəmirik


ABŞ dövlət katibi Blinken, “Biz nüvə gücləri arasında birbaşa qarşıdurma istəmirik” dedi.

Turkustan.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-da yerləşən Beynəlxalq Əlaqələr Şurasında çıxış edib. Vaşinqtonun nüvə silahına malik Moskva ilə birbaşa münaqişədən qaçmağa çalışdığını qeyd edən Blinken ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyini, lakin münaqişənin gərginləşməsinin mövcud risklərini nəzərə alaraq bunu etdiyini bildirib.

Blinken həmçinin qeyd edib ki, Ukrayna NATO-ya üzv olmalı, lakin Kiyev hərbi institutlarda islahatları davam etdirməli və demokratiyanı gücləndirməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ