İsraildən Yəmənə növbəti hücum: Çox sayda ölü var


İsrail ordusunun Yəməndə husilərə qarşı təşkil etdiyi hava hücumlarında 9 nəfərin həyatını itirdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail ordusu səhər saatlarında Yəməndə husilərə məxsus hədəflərə hava zərbələri endirib. Yəmən mediası Hudeydanın Salif limanına hücumda 7 nəfərin, Ras İsa Neft obyektinə edilən iki hücumda isə 2 nəfərin həyatını itirdiyini bildirib. Hücumlarda paytaxt Sənanın cənubunda və şimalında yerləşən iki mərkəzi elektrik stansiyasının da hədəf alındığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ