Rusiya ordusunun cəbhədə hər gün 5-6 km irəlilədiyi bir mühitdə Ukrayna lideri Zelenski Rusiyanın işğal etdiyi Donbas və Krım bölgələrini geri almağa hərbi güclərinin olmadığını etiraf edib.
Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında qanlı müharibə davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsi adından acı etiraflar edərək, işğal altındakı Donbas və Krım yarımadasını ruslardan geri almağa güclərinin olmadığını etiraf edib. Zelenski, həmçinin ABŞ-ın yeni prezidenti Donald Trampın yanvarın 20-də rəsmi olaraq vəzifəyə başlamasından sonra Rusiya ilə müharibəni dayandırmaq üçün mümkün danışıqlar prosesinin gündəmdə olacağını açıqlayıb.
Ukraynanın iki əyalətinin, Luqansk və Donetskin daxil olduğu Donbas bölgəsinin və Krım yarımadasının itirildiyini etiraf edən Zelenski, “Ukrayna konstitusiyasına görə, biz torpaqlarımızı ruslara verə bilmərik. Lakin praktikada bu torpaqlarımız hazırda rus işğalçı qüvvələrinin nəzarəti altındadır. Real olaraq ini bizim buna hərbi gücümüz yoxdur. Yalnız bir seçim qalıb. Qərb müttəfiqləri uzunmüddətli perspektivdə Putinə təzyiq göstərməyə və diplomatik yollarla ərazi bütövlüyümüzü təmin etməyə davam edəcək. Başqa variant yoxdur" dedi.
Aytən Yaşar/ Turkustan.az