Trampın prezidentliyi dövründə Türkiyəni nələr gözləyir?


“Trampın ikinci prezidentliyi Türkiyə üçün mürəkkəb olacaq”.

Turkustan.az xəbər verir ki, bunu SETA Vəqfinin araşdırmaçısı Həmdullah Baycar deyib.

“Bir tərəfdən Trampın prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərinin olması iki ölkə arasında dialoq üçün yeni kanallar açacaq, digər tərəfdən isə ABŞ-ın PKK və PYD kimi strukturlarla yaxından işləməsi münasibətlərə xələl gətirə bilər. Eyni zamanda Bayden prezident Ərdoğanı təcrid etməyə meylli olan bir siyasətçidir. Üstəlik, Türkiyə ilə ABŞ arasında həllə ehtiyacı olan “F-35” və “F-16″ modernizasiyası kimi məsələlər də qalır. Ancaq düşünürəm ki, Trampın ikinci prezidentliyi dövründə bu məsələ öz həllini tapacaq”, – Baycar vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ