Fransanın keçmiş lideri Sarkozinin mühakiməsi təsdiqləndi


Fransanın ən yüksək məhkəməsi olan "Cour de Cassation" keçmiş prezident Sarkozinin korrupsiya ittihamı ilə hökmünü qüvvədə saxlayıb.

Turkustan.az xəbər verir ki, Sarkozi bir il ərzində elektron nəzarət qolbağı taxacaq.

Bildirək ki, Sarkozi 2021-ci ildə korrupsiya və nüfuz alverinə görə üç il həbs cəzasına məhkum edildiyi işdən apellyasiya şikayəti verib.

İki il həbs cəzası şərti verilib və qərara alınıb ​​ki, Sarkozinin bir il həbsxanaya düşmək əvəzinə elektron nəzarət qolbağı taxması lazım gələcək.

Məhkəmənin qərarı həmçinin o deməkdir ki, Sarkozi üç il siyasətdən uzaqlaşdırılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Dekabr 2024
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031