Əsəd bankları boşaltdı, suriyalılar pulsuz qaldı


Suriyada banklar Əsədin ölkədən getməsindən 10 gün sonra açılıb.

Turkustan.az xəbər verir ki, banklara axın edən suriyalılar əməliyyat etmək üçün pul tapa bilməyiblər. Paytaxt Dəməşqin Yousef Al-Azmeh meydanında bankların yerləşdiyi küçəyə toplaşan suriyalılar banklarda pul olmadığı üçün əməliyyat apara bilməyib. Bankların qarşısındakı bankomatlarda növbəyə duran insanlar həm bankların, həm də bankomatların işləməsini gözləyirlər.

Bankomatda növbə gözləyən Muhammed Al Hassan, “Səhərdən növbə gözləyirəm. Deyirlər pul yoxdur. Hər kəs pulunu almağı gözləyir” dedi.

Fatma Əl Əhməd açıqlamasında deyib: “Bura pensiyamı almağa gəlmişəm. Pul olmadığı üçün bankomatlardan pul çıxara bilmirik. 5 qəpik pulumuz belə qalmayıb. Biz nə edəcəyimizi bilmirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ