HTŞ və Taliban Rusiyada terror təşkilatları siyahısından çıxarılır


Rusiya Dövlət Duması ikinci və üçüncü iclaslarında təşkilatların terror təşkilatları siyahısından çıxarılmasına imkan verəcək hüquqi mexanizmi nəzərdə tutan qanunu sürətlə qəbul edib.

Turkustan.az xəbər verir ki, qanuna görə, terror fəaliyyətini dəstəkləməyi və ya qanuniləşdirməyi dayandıran təşkilatlar məhkəmə qərarı ilə terror təşkilatları siyahısından çıxarıla bilər.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, qanun layihəsini hazırlayanlar bu tənzimləmənin hüquqi boşluğu doldurduğunu və beynəlxalq münasibətlərdə çeviklik təmin edəcəyini bildiriblər.

Qanun layihəsi noyabrın 25-də Dövlət Dumasına təqdim edilib, dekabrın 9-da hökumət dəstəyini alıb və bir gün sonra ilk iclasda qəbul edilib.

Rusiya prezidenti Vladimir Putin may ayında bəyan etmişdi ki, Talibanla əlaqələr qurulmalıdır, iyulda isə o, Talibanı terrorizmlə mübarizədə müttəfiq kimi xarakterizə edib.

Yeni qanunun Rusiyanın beynəlxalq siyasətini və regional münasibətlərini yenidən formalaşdıracağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ