Katoliklərin ruhani lideri Papa Fransisk 2021-ci ildə İraqa səfəri zamanı iki sui-qəsd cəhdindən sağ çıxdığını bildirib.
Turkustan.az xəbər verir ki, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk gələn il nəşri gözlənilən "Spera" adlı tərcümeyi-halında uşaqlığından yaxın dövrlərə qədər xatirələrini toplayıb. Papanın kitabında qeyd etdiyi mühüm xatirə 5-8 mart 2021-ci il tarixlərində İraqa səfəri və bu səfər zamanı ona qarşı edilən hücum cəhdləri olub.
Papa Fransisk öz tərcümeyi-halında, “Polis İngiltərə məxfi xidmətlərindən alınan məlumatlar üzərinə Vatikan Jandarmına xəbərdarlıq etdi. Partlayıcılarla dolu olan gənc qadın kamikadze özünü partlatmaq üçün Mosula gedirmiş. Eyni məqsədlə yola çıxan mikroavtobus da sürətlə hərəkət edirdi, lakin səfər davam edirdi"-deyə, bildirib.
Papa İraqa etdiyi səfərin Mosul ayağında jandarmadan iki hücumçunu soruşduğunu ifadə edərək, “Jandarmadan bu iki hücumçu haqqında nə bilindiyini soruşdum. Komandir qısa cavab verdi: “Artıq onlar yoxdur, İraq polisi onların qarşısını kəsərək partladıb". Bu vəziyyət mənə çox təsir etdi. Bu, müharibənin zəhərli bəhrələrindən biri idi"-deyə, qeyd edib.
Aytən Yaşar/ Turkustan.az