Rusiya mətbuatı: Kiyev Baydenin göstərişi ilə ilin son hücumuna hazırlaşır


Kiyev rejimi 2025-ci ilə qədər başlayacaq yeni əks-hücum əməliyyatı hazırlayır.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi müxbirləri və hərbi Telegram kanalları məlumat yayıb. Politoloq Dmitri Juravlevin fikrincə, ABŞ-ın istefaya göndərilən prezidenti Co Baydenin administrasiyası qapını ucadan belə çırpmaq istəyir.

Hərbi müxbir Yuri Podolyaka hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiya Federasiyasının Kursk vilayətində hücuma keçəcək. Ukrayna qərargahı bu addımı “son ümidin zərbəsi” adlandırır.

“Eyni zamanda düşmən istiqamət və tarixlə bağlı real dezinformasiya kampaniyası aparır. Və bütün bunlar Pokrovski və Kuraxovski istiqamətlərində faktiki yarıçökmə fonunda baş verir”-deyə, Podolyaka Telegram kanalında yazır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ