Suriyada Bəəs və Əsəd rejiminin devrilməsindən sonra paytaxt Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb.
Turkustan.az xəbər verir ki, dekabrın 8-də Baas rejiminin çökməsi ilə uçuşlara bağlanan Dəməşq Hava Limanı hazırlıqlar tamamlandıqdan sonra yenidən fəaliyyətə başlayıb.
Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi yeni dövrdə Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk uçuşunu təşkil edir.
Hava limanının yenidən açılması böyük maraqla izlənilib.
Aytən Yaşar/Turkustan.az