Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri, general-leytenant İqor Kirillovu qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan Özbəkistan vətəndaşına 100 min dollar və Aİ-yə getmək vəd edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti bəyanat yayıb.
“Rusiya hərbçisinin qətlinə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi xidmət orqanları tərəfindən 100 min dollar mükafat və Avropa İttifaqı ölkələrindən birində yaşamaq vəd edilib”, - kəşfiyyat xidməti bildirib.
FSB vurğulayıb ki, törədilmiş cinayətlərin məcmusuna əsasən, saxlanılan şəxsi ömürlük həbsə qədər cəza gözləyir.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Kirillovu və onun köməkçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb./publika.az