Baas rejiminin devrilməsinin önündə olan HTŞ qruplaşmasının lideri Colani kürdlər və digər etnik qruplarla bağlı fikirlərini söyləyib.
Turkustan.az xəbər verir ki, Colani bildirib ki, kürdlər suriyalıların bölünməsini müdafiə etmədikcə, onlarla bir işimiz olmaz.
O, ələvi, druz və xristianlarla dialoqda olduqlarını da ifadə edərək, əhatəli hökumətin qurulması ilə bağlı mühüm açıqlamalar verib. Colani "France24"-ə müsahibəsində bütün etnik və dini qruplarla ünsiyyətdə olduqlarını və heç bir ayrı-seçkilik etməyəcəklərini bildirib.
Lider suriyalıların vəziyyətinə toxunub və suriyalıların bu prosesin qurbanı olduqlarını, bir cəllada görə illərlə cəzalandırıldıqlarını deyib.
O, beynəlxalq ictimaiyyətə də səslənərək, beynəlxalq ictimaiyyətdən Əsədin törətdiyi cinayətlərə, eləcə də Suriyanın pulunu qaçırdığına görə üçün mühakimə olunması üçün yardım istəyib.
O, sonda qeyd edib ki, heç bir şəkildə mülki insanları hədəf almayıblar və heç bir terror hadisəsində iştirak etməyiblər. Ona görə də bu qrupa terrorçu damğası vurulması düzgün deyil.
Aytən Yaşar/ Turkustan.az