Ukrayna Zelenskini yola salmağa hazırlaşır: mümkün tarix açıqlandı


Ukrayna müharibədən sonrakı seçkilərə hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak “Politico”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərin keçirilməsi ən azı altı ay çəkəcək.

“Hazırda bizim seçici siyahıları ilə bağlı böyük problemimiz var, çünki insanlar xaricə gediblər. Müxtəlif hesablamalara görə, təkcə 6,5 milyon məcburi köçkün var”, – Şulyak deyib.

O qeyd edib ki, bu məqsədlə Ukrayna rəsmiləri müharibə başa çatdıqdan sonra azad və ədalətli seçkilərin keçirilməsinin yolunu tapmaq üçün müxtəlif Avropa seçki modellərini öyrənirlər:

“Biz elektron səsvermənin nüansları və digər alternativ səsvermə variantlarının texniki qiymətləndirilməsi, o cümlədən İT təhlükəsizliyində maraqlıyıq. Deputatlar həm də poçtla səsvermə, seçki günü xaricdə səsvermə və etibarnamə ilə səsvermə imkanlarını nəzərdən keçirirlər”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ