Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi toplantıda Rusiya prezidenti Vladimir Putin mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tənqidi açıqlamalar verib. O, bildirib ki, Qərbi idarə edənlər özlərini Allahın yer üzündəki nümayəndələri kimi görürlər, lakin Allaha inanmırlar.
Putin dünyada hadisələrin təhlükəli həddə olduğunu və dünyanın bir çox yerlərində böyük münaqişələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi toplantıda Rusiya prezidenti dünyanın daha böyük münaqişələr astanasında olduğunu vurğulayarkən, Qərb hökmdarlarına da münasibət bildirib. O, həmçinin bəyan edib ki, Qərb hökmdarları öz hegemonluqlarını saxlamaq üçün dünyanı təhlükəyə atırlar.
Lider Qərbin Ukraynaya uzaqmənzilli raketlər göndərməklə keçmişdə imzalanmış tərksilah müqavilələrini təhlükəyə atdığını və bu müqavilələrin artıq qüvvədə olmadığını bildirib. ABŞ-ın Asiya Sakit Okean və Avropaya uzaqmənzilli raketlər yerləşdirəcəyi təqdirdə ikiqat cavab veriləcəyini bildirən Putin, "Təhlükəsizliyimizi təmin etmək üçün əlimizdən gələni edəcəyik" dedi.
O, həmçinin 2024-cü ilin Rusiya üçün əfsanəvi il olduğunu da qeyd edib.
Aytən Yaşar/ Turkustan.az