ABŞ yaxın bir neçə il ərzində Suffolkdakı (İngiltərənin şərqi) Leykenhit hərbi bazasında taktiki nüvə silahı yerləşdirə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda Birləşmiş Ştatlar sözügedən aviabazada bir neçə milyon funt-sterlinq dəyərində taktiki nüvə silahları üçün anbar tikir və bu anbar yaxın bir neçə il ərzində tamamlanacaq.
Nəşrin məlumatına görə, Avropada ABŞ-ın 100-ə yaxın B61 nüvə bombası yerləşdirilib, onlar NATO ölkələrində - Belçika, İtaliya, Niderland, Türkiyə və Almaniyadakı bazalarda saxlanılır.
Qeyd edilib ki, F-35 qırıcılarından atılan bu bombalardan daha 150-yə yaxını ABŞ-da yerləşir. /axar.az/