Rusiyada Əsəd dövlət mühafizəsi ilə təmin edilib?- Narışkin danışdı


Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin təyin olunub-olunmamasından məlumatı yoxdur.

Turkustan.az xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən "bilmirəm” deməklə kifayətlənib.

O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.

"Bu, mənə aid olan sual deyil”,-deyə Sergey Narışkin bildirib.

Qeyd edək ki, Kreml Bəşər Əsədə sığınacaq verməyin şəxsən Rusiya prezidenti Vladimir Putinin qərarı olduğunu açıqlamışdı.

Hazırda Əsəd və ailə üzvləri Moskvadadır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ