Türkiyə tapşırıb, Paşinyan ən güclü “silahımızı”… – Papazyan


“Ermənistan hökuməti bilərəkdən diasporanı zəiflətməyə çalışır”.

Turkustan.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.

“Türkiyə hiss edir ki, fikir ayrılığı var, ona görə də Ermənistan hökumətinin konstruktiv yanaşma sərgilədiyini deyir. Bu isə diasporada həyacan yaradır. Ermənistanın dənizi yoxdur, amma güclü “silahı” olan diasporu var. İrəvan hökuməti bilərəkdən diasporanı zəiflətməyə çalışır, çünki Ankara məhz bunu tələb edir. Yəni baş nazir Türkiyənin tələblərini yerinə yetirir”, – o bildirib.

Qeyd edək ki, Papazyanın Fransanın hakim dairələri ilə əlaqələri yaxşı olsa da, şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətləri həddən artıq pis səviyyədədir. O, açıq-aşkar Paşinyan hökumətinə qarşı müxalifəti, xüsusilə Daşnaksütyun Partiyasını dəstəkləyir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ