Rus əsgərləri Dəməşqdən belə çıxdı


Suriyada rejim müxaliflərin nəzarətinə keçdikdən sonra paytaxt Dəməşqdəki rus əsgərləri tərk etməyə başlayıb.

Turkustan.az xəbər verir ki, Dəməşqdən zirehli texnika ilə konvoyla ayrılan rus əsgərlərinin Tartusdakı Hmeymin bazasına gedərkən görüntüləri lentə alınıb.

Dəməşqdə hazırlıqlarını tamamladıqdan sonra rus əsgərləri ilə birlikdə onlarla hərbi və zirehli maşın konvoy halında şəhəri tərk edib. Paytaxt Dəməşqdən çıxan maşınlar Tartusdakı bazaya doğru hərəkət edərkən, konvoyu görən müxaliflər və suriyalılar Suriya Milli Ordusunun bayrağını açıb şüarlar səsləndirərək yoldakı rus əsgərlərinə reaksiya veriblər.

Rusiya karvanı paytaxt Dəməşqdən ayrıldıqdan sonra Latakiya limanının təxminən 20 kilometrliyində yerləşən Hmeymin bazasına çatıb.

Bildirək ki, Suriyada 2011-ci ilin yazında başlayan vətəndaş müharibəsi 27 noyabrda müxalif qrupların başlatdığı əməliyyatlar çərçivəsində bir çox şəhərin ələ keçirilməsi və nəhayət dekabrın 7-də paytaxt Dəməşqin ələ keçirilməsi və Bəşər Əsədin gedişi ilə sona çatıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ