Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti SEÇİLDİ


Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Turkustan.az
xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komitəsi məlumat yayıb.

Belə ki, “Gürcü Arzusu”nun namizədi Kavelaşili tələb olunan Seçicilər Kollegiyasının 200 üzvünün səsini toplayıb.

Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.

Xatırladaq ki, ki, Gürcüstanda keçirilən prezident seçkilərində yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edirdi. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib. Üstəlik müxalifət seçkilərin keçirildiyi parlament binasının qarşısında etiraz aksiyaları təşkil edib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ