Türkiyə XİN: YPG ya özü dağılacaq, ya da yox olacaq


Xarici işlər naziri Hakan Fidan Suriyadakı hadisələrlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Nazir Fidan: “YPG kadrları ya özlərinə son verəcək, ya da yox olacaq”- dedi. Digər tərəfdən, Fidan müxalifətin təcrübəsini vurğulayaraq, Dəməşqin idarə olunmasında uğurlu ola biləcəklərini bəyan edib.
Xarici işlər naziri Hakan Fidan NTV-nin canlı yayımında Suriyadakı hadisələrlə bağlı açıqlama verib.

Nazir: "Rejim əvvəllər də devrilə bilərdi, ancaq Rusiya və İran tərəfindən sərt və güclü müdaxilələr oldu. Ancaq Rusiya və İran köhnə şərtlərin olmadığını və sərmayələrin yatırıldığı Bəşər Əsədin bu sərmayələrə dəymədiyini anladı və Dohada keçirilən görüşdə razılaşma əldə olundu, nəticədə bu keçid prosesinin qansız olmasını təmin etmək üçün xüsusilə ehtiyatlı davrandıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ