“Bizim dost Azərbaycanla problemlərimiz, doğrudan da oxşardır”.
Turkustan.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Real Tv”yə müsahibəsində deyib.
Baş nazir COP29 sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını dinlədiyini bildirib.
“O, Azərbaycanın qarşısında duran məsələlər haqqında danışırdı. Bu, Gürcüstanın qarşısında duran məsələlərlə demək olar eyni idi”, - İ.Kobaxidze söyləyib.
Hökumət başçısı Gürcüstanda hakim komandanın iqtidarda olduğu 12 il ərzində təcrübə topladığını qeyd edib. Bildirib ki, bu illərdə demokratiyanın inkişafı və insan hüquqları baxımından ölkəyə böyük uğurlar qazandırılıb.
“İqtisadi inkişaf istiqamətində də ciddi tərəqqimiz var. Son dörd il ərzində orta iqtisadi artım 9,8 faiz təşkil edib. Bu da dünyada ən yüksək göstəricilərdən biridir. Təbii ki, bu göstərici komandamızın təcrübəli olmasından qaynaqlanır. Çox yaxşı idarəçiliyimiz var. Ölkəmizin gələcəkdə daha yaxşı inkişaf etməsi üçün maksimum çalışacağıq”, - baş nazir deyib. /teleqraf.com/