Avropa İttifaqının Gürcüstana qarşı yeni sanksiya planları məlum olub


RİA Novosti: Avropa İttifaqı Gürcüstana qarşı yeni sanksiyaları müzakirə edəcək.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri dekabrın 16-da keçiriləcək iclasda Gürcüstana qarşı yeni mümkün sanksiyaları müzakirə edəcəklər. Bu barədə "RİA Novosti" yüksək səviyyəli Avropa mənbəsinə istinadən xəbər verir.

“Biz vəziyyətin daha da pisləşdiyi Gürcüstanı müzakirə edəcəyik. Biz bu vəziyyətin müzakirəsini və görülə biləcək yeni tədbirləri gözləyirik".

Onun sözlərinə görə, Avropa İttifaqı artıq maliyyələşdirməni dayandırmaq, təmasları azaltmaq və respublikanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara son qoymaq da daxil olmaqla bəzi tədbirlər görüb. Bununla belə, avropalı siyasətçilər yeni tədbirləri müzakirə etmək niyyətindədirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ