Suriya ordusu ciddi şəkildə ruhdan düşmüş, korrupsiya və kadr çatışmazlığından əziyyət çəkmiş və bu, ölkə prezidenti Bəşər Əsədin devrilməsinə səbəb olmuşdur.
Turkustan.az xəbər verir ki, bu barədə Suriya əsgərləri "Reuters" agentliyinə müsahibəsində danışıblar .
Agentliklə söhbətində hərbçilərdən biri, 23 yaşlı Fərhan əl-Xuli maaşların aşağı olmasından və kəskin insan çatışmazlığından şikayətlənib. Onun sözlərinə görə, həmkarları ilə birlikdə saxladığı zastava doqquz deyil, üç nəfər tərəfindən qorunur, qalan altı nəfər isə xidmət etməmək üçün komandanlığa rüşvət verib. Əl-Xuli əlavə edib ki, onunla qalan iki həmkardan biri əqli qüsurlu olub və əslində orduya yararsızdır.
Bundan əvvəl Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam” islamçı qruplaşmasının Əsədin hökumət ordusunun zabitlərini təqib edəcəyinə söz verdiyi məlum olub . Yaraqlılar devrilmiş rejimin ordu və təhlükəsizlik orqanlarının zabitləri arasından olan müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarmaq üçün təqib edəcəklərini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az