"Türkiyədə qalmaq istəyən suriyalılar üçün həmişə yerimiz var" - Ərdoğan


Türkiyədə qalmaq istəyən suriyalı qardaşlarımız üçün hər zaman başımız üstündə yer var.

Turkustan.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.

Prezident bildirib ki, Türkiyə suriyalı qardaşları ilə birlikdə çiyin-çiyinə onların hüquqlarını bərpa edib.

Ərdoğan "Türkiyənin Suriyada nə işi var" deyənlərə də səslənib.

“İndi gördünüzmü Türkiyənin Suriyada nə işi var?”, - o vurğulayıb.

Türkiyə lideri dünyada heç bir ölkənin risk etmədiyi bir problemin həllinə çalışdıqlarını vurğulayıb: "Bu yolda heç bir halda geriyə addım atmadıq və nəticədə haqlı çıxdıq".

Ərdoğan Suriyada keçid hökumətin qurulması ilə bərabər, oraya qayıdan əhalidən də danışıb: “Tezliklə Suriyanın digər ərazilərini də bütün təhdidlərdən xilas edəcəyik. Təbii ki, əməyi və zəhməti ilə Türkiyəyə qatqı vermək, ölkədə qalmaq istəyən suriyalı qardaşlarımız üçün hər zaman başımız üstündə yer var”. /Report/


MANŞET XƏBƏRLƏRİ