Bildirilib ki, İsveç parlamenti hökumətin NATO-ya 1200 hərbçi göndərilməsi təklifini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, İsveç parlamentindən verilən açıqlamada NATO- ya 1200 hərbçi göndərilməsi təklifinin təsdiqləndiyi bildirilib. NATO-da iştirak edəcək İsveç hərbi qüvvələrinin dəniz, quru və xüsusi təyinatlılardan cəmi 1200 əsgər, 6 gəmi və 24 təyyarədən ibarət olacağı bildirilib.
Aytən Yaşar/ Turkustan.az