NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya ilə mümkün münaqişə təhlükəsinə hazırlaşmaq üçün kifayət qədər vəsait xərclənməyib və “müharibə zehniyyətinə keçməyin” vaxtı çatıb.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte dünən Belçikanın paytaxtı Brüsseldə Carnegie Europe analitik mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edib. Müdafiə istehsalı və xərclərinin artırılmasının NATO-nun mütləq prioriteti olduğuna əmin olduğunu bildirən NATO-nun baş katibi Rutte, "Bu, hamımızdan daha sürətli və daha sərt olmağımızı tələb edir. Bu, müharibə zehniyyətinə keçmək və müdafiə istehsalımızı turbo doldurmaq vaxtıdır" - dedi.
Aytən Yaşar/ Turkustan.az